ODEL brendi “Gulfood 2026” sərgisində uğurla təmsil olundu

ODEL brendi 26–30 yanvar 2026-cı il tarixlərində keçirilən “Gulfood” beynəlxalq sərgisində uğurla iştirak edib. Sərgi çərçivəsində brendin stendində “ODEL” peçenyeləri ziyarətçilərə təqdim olunub.

İştirakçılar məhsulların dadına baxmaqla yanaşı, istehsal prosesində tətbiq olunan yüksək keyfiyyət standartları və beynəlxalq bazarlara çıxış imkanları barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, sərginin ilk günündən etibarən “ODEL” məhsulları xarici tərəfdaşların böyük marağına səbəb olub. Bu çərçivədə bir sıra işgüzar görüşlər keçirilmiş, potensial ixrac əməkdaşlıqları müzakirə olunmuşdur.